Premyer Liqa

Bordin: “Çempionluq yarışına davam edəcəyik”

11.05.2019 , 23:55

Komandamın oyunundan və çempionatın səviyyəsindən tam razıyam. Düzdür, biz birinci yerdə idik, amma bəzi oyunlarda xallar itirdik. Sonadək mübarizə apardıq”.

“Neftçi”nin baş məşqçisi Roberto Bordin Azərbaycan Premyer Liqasının 28-ci turunda evdə “Qarabağ”a 2:3 hesabı ilə uduzduqları oyundan sonra keçirilən mətbuat konfransında deyib. Matçla bağlı fikirlərini açıqlayan italiyalı mütəxəssis gələcək planlardan da söz açıb:

“Oyun məni qane etdi. “Qarabağ” bunadək çempionluğu təmin etsə də, bu gün hər iki komanda yaxşı oyun göstərdi. Ümumilikdə çempionatı dəyərləndirsəm, komandamızın oyunundan razıyam. Çempionluq uğrunda güclü komandaya qarşı mübarizə apardıq. Moldova və Azərbaycan çempionatlarının hərəsinin öz yeri var. Burada çox yaxşı futbolçular gördüm. Onlarla işləmək xoşdur. Növbəti mövsümə çox ciddi hazırlaşıb, çempionluq uğrunda mübarizə aparacağıq”. (qol.az)

Son yazılar

Yuxarı