"Qarabağ"da yeni təyinat rəsmiləşib.
Korner.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, Borçe Xristov, uşaq yaş qruplarının koordinatoru vəzifəsinə təyin olunub.
O, bu postda Səbahəttin Təkini əvəzləyib. Xristovla iki illik müqavilə imzalanıb.
Qeyd edək ki, makedon mütəxəssis 2011/2012 mövsümündə əsas komandanın məşqçilər korpusunda da yer alıb.
