Şotlandiyanın “Harts” klubu futbolçularını satışa çıxarıb.
Korner.az–ın məlumatına görə, klub iqtisadi baxımdan olduqca çətin günlərini yaşayır. Cari mövsümü 10-cu pillədə bitirən komanda Şotlandioya Futbol Federasiyası tərəfindən az məvacib alacaq. Məhz bu üzdən komandanın bütün futbolçuları satışa çıxarılıb.
Ümumiyyətlə Şotlandiya futbolunda son illər klublar maddi cəhətdən sıxıntı keçirir.