Boqa “Nitsa”dan “Yuventus”a
02.02.2026 , 08:00
“Nitsa”nın futbolçusu Jeremi Boqa mövsümün sonunadək “Yuventus”un formasını geyinəcək.
Korner.az xəbər verir ki, Turin təmsilçisi Kot-divuarlı yarımmüdafiəçini icarə müqaviləsi ilə heyətinə qatıb.
Razılaşmada futbolçunun 4,8 milyon avro qarşılığında tam transferi ilə bağlı maddə də yer alıb. Sözügedən məbləğin iki il ərzində ödənməsi nəzərdə tutulub.
Qeyd edək ki, 29 yaşlı yarımmüdafiəçi bu mövsüm Fransa çempionatında keçirdiyi 14 qarşılaşmada 2 qol vurub, 2 məhsuldar ötürmə edib.