Bonuççi “Yuventus”da “500”-ə çatdı
12.05.2023 , 09:06
Ötən gün Avropa Liqasının yarımfinal mərhələsinin ilk oyunu çərçivəsində “Sevilya” ilə qarşılaşan “Yuventus”un kapitanı Leonardo Bonuççi “Qoca Sinyora”nın heyətində 500-cü oyununu keçirib.
Korner.az-ın xəbərinə görə, Turindəki “Alyans-Yuventus” stadionunda baş tutan görüş 1:1 hesabı ilə bitib.
Bunun şərəfinə ona üzərində “500” yazılmış simvolik forma hədiyyə edilib.
“Yuventus”da 500 oyunda iştirak edən Bonuççi 37 qol vurub və 10 məhsuldar ötürmə edib. O, səkkiz dəfə ölkə çempionu olub, üç dəfə İtaliya kubokunu və beş dəfə Superkubokunu qazanıb.