Bonuççi koronavirusdan sağaldı
13.04.2021 , 16:49

“Yuventus”un futbolçusu Leonardo Bonuççi koronavirusdan sağalıb.
Korner.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
33 yaşlı müdafiəçinin sonuncu koronavirus testinin nəticəsi mənfi olub. Onun sabahdan komanda ilə məşqlərə qoşulacağı diqqətə çatdırılıb.
