Bonuççi futboldan uzaqlaşdırıla bilər
17.10.2023 , 23:49

“Yunion”un futbolçusu Leonardo Bonuççi 6 aylıq futboldan uzaqlaşdırıla bilər.
Korner.az xəbər verir ki, o, Nikolo Faqiolinin qanunsuz mərc oyunlarında iştirakını bildiyi halda məlumatı gizlətməkdə günahlandırılır.
Təklükəsizlik qüvvələri Faqiolinin telefonunu yoxladıqdan sonra Bonuççinin 22 yaşlı futbolçunun mərcindən xəbərdar olduğunu aşkar edib.
