“Zirə”nin hücumçusu Nelson Bonilla cəzalı olduğu üçün rəhbərlikdən icazə alaraq ölkəsi – Salvadora gedib. 26 yaşlı futbolçu Salvadorun Peru və Ermənistanla keçirəcəyi yoldaşlıq oyunlarına dəvət alıb.
Korner.az-ın məlumatına görəi, adı Serbiyanın “Partizan” klubu ilə hallanan Bonilla söz-söhbətlərə aydınlıq gətirib:
“Mən ilk olaraq “Zirə” ilə masaya oturacam. “Partizan” mənə rəsmi təklif göndərməyib. Bu xəbərlərdən məlumatsızam”.
“El Grafico”
