“Mançester Siti” heyətinə yeni futbolçu cəlb edib.
Korner.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, Mançester təmsilçisi “Suonsi”də oynayan Vilfrid Bonini transferini bitirib. Fil Dişi Sahili millisinin hücumçusu ilə imzalanan müqavilənin müddəti barədə məlumat verilməyib. Bu transferin kluba 35 milyon avroya başa gəldiyi bildirilib.
Qeyd edək ki, bundan əvvəl “Suonsi” V.Bonini “Mançester Siti”yə satdığını təkzib etmişdi.
