Bombardir təltif edildi
23.05.2023 , 22:45

Futbol üzrə Azərbaycan I Divizionun XXX turunun “Araz Naxçıvan” – “Zaqatala” (2:0) görüşünün ardınca keçirilən mükafatlandırma mərasimində turnirin bombardirinə xüsusi hədiyyə təqdim olunub.
Korner.az xəbər verir ki, yarışı qalib kimi başa vurmuş “Araz Naxçıvan”ın hücumçusu Orxan Əliyev 27 qolla I Divizionda 2022/2023-cü illər mövsümünün ən sərrast futbolçusu seçilib.
