“Boluspor”un yeni baş məçqçisi məlum oldu
24.10.2020 , 14:05

“Boluspor”un yeni baş məşqçisi müəyyənləşib.
Korner.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Araz Abdullayevin çıxış etdiyi komandanı Reha Kemal Erginer çalışdıracaq.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Tərəflər arasındakı müqavilənin müddəti və digər detalları açıqlanmayıb.
Qeyd edək ki, “Boluspor” bir neçə gün öncə Ahmet Taşyüreki istefaya göndərmişdi.
