Futbol

“Boluspor”un baş məşqçisi Abdullayevdən danışdı

23.09.2020 , 14:55

Türkiyənin “Boluspor” klubunun baş məşqçisi Əhməd Daşürək komandanın hazırlığından danışıb.

 

Korner.az xəbər verir ki, TFF I liqa təmsilçisinin çalışdırıcısı yeni transfer Araz Abdullayevdən də söz açıb:

 

“İki həftədir göstərilən oyundan məmnun deyiləm. Ötən oyunla müqayisədə bu dəfə 5 dəyişiklik etmişdik. Bəzi oyunçular uzun fasilədən sonra meydana ayaq basdılar. Araz Abdullayev həftəiçi kollektivə qoşuldu və dərhal oyuna çıxdı. Həm o, həm də digərləri hələ tam hazır deyil. Fiziki və uyğunlaşma baxımdan çatışmazlıqlarımız var”.

 

“Boluspor” 2 turdan sonra 1 xal yığıb.

Son yazılar

Yuxarı