Bolqarıstanda 2017-ci ilin ən yaxşı futbolçusu və məşqçisi müəyyənləşib.
Moskva “Spartak”ının yarımmüdafiəçisi İvelin Popov ən yaxşı futbolçu seçilib. Səsvermədə ölkənin aparıcı mətbuat orqanlarının 104 jurnalisti iştirak edib.
30 yaşlı Popov ardıcıl 3-cü dəfə ən yaxşı futbolçu seçilib.
Qazaxıstan “Astana”sının baş məşqçisi Stanimir Stoylov isə Bolqarıstanın ən yaxşı məşqçisi hesab edilib.
