Bolqarıstan çempionatında qalib müəyyənləşdi
28.04.2025 , 17:09

Bolqarıstan çempionatında 2024-2025 mövsümünün qalibi məlum olub.
Korner.az xəbər verir ki, “Ludoqorets” 31-ci turda “Çerno More”yə 2:0 hesabı ilə qalib gələrək sona 5 tur qalmış çempionluğunu rəsmləşdirib.
Bununla da “Ludoqorets” ardıcıl 14-cü dəfə çempionluğu bayram edib.
