“Bolonya”nın gözü Barışda
06.06.2024 , 11:03

Türkiyə millisinin futbolçusu Barış Alper Yılmaz “Bolonya”nın “radarı”na düşüb.
Korner.az-ın məlumatına görə, “Qalatasaray”ın futbolçusu İtaliya klubundan təklif alıb.
Yeni mövsümdən Çempionlar Liqasında çıxış edəcək “Bolonya” heyətinə yeni hücumçu cəlb etmək istəyir və planda Barışın transferi ilk növbədə durur.
