“Bolonya”nın futbolçusu zədələndi
15.04.2024 , 18:17

“Bolonya”nın yarımmüdafiəçisi Lyuis Ferqyuson zədələnib.
Korner.az xəbər verir ki, futbolçunun xaçvari diz bağlarının qopmaq ehtimalı var.
Ferqyusonun bu gün tibbi müayinədən keçəcəyi gözlənilir.
Lyuis 2022-ci ildən “Bolonya”nın formasını geyinir.
