“Bolonya”dan “Real”a?
02.12.2024 , 19:25
“Bolonya”nın mərkəz müdafiəçisi Con Lukumini klubunu dəyişə bilər.
Korner.az xəbər verir ki, o, karyerasını İspaniya çempionatında davam etdirməyə yaxındır.
26 yaşlı futbolçunun xidmətində “Real” maraqlıdır.
Lukuminin “Bolonya” ilə hazırkı müqaviləsinin müddəti 2026-cı ilin ortalarına qədərdir.