“Bolonya” Fransa klubundan transfer etdi
23.07.2024 , 22:45

Zirkzeeni “Mançester Yunayted”ə satan “Bolonya” hollandiyalı futbolçunun yerini doldurub.
Korner.az xəbər verir ki, İtaliya təmsilçisi “Tuluza”dan hücumçu Tiys Dallinqanı heyətinə qatıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
“Bolonya” bu transfer üçün Liqa 1 təmsilçisinə 15 milyon avro ödəyib.
Ötən mövsüm 44 matçda meydana çıxan Dallinqa 19 qol vurub, 5 məhsuldar ötürmə edib.
