“Bolonya” finalda!
25.04.2025 , 12:00

İtaliya kubokunda yarımfinalın cavab görüşü keçirilib.
Korner.az xəbər verir ki, bu mərhələdə “Bolonya” “Empoli”ni qəbul edib və 2:1 hesabı ilə qalib gəlib.
Bununla da “Bolonya” finala vəsiqə qazanıb. Komanda həlledici görüşdə “Milan”la üz-üzə gələcək.
“Bolonya” – “Empoli” – 2:1
Qollar: Fabbian 7, Dallinqa 86 – Kovalenko 33
İlk oyun – 3:0.
