Bölgə təmsilçisindən növbəti transfer
09.01.2025 , 12:15
“Şamaxı” qış fasiləsində daha bir futbolçu transfer edib.
Korner.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Bölgə təmsilçisi hücumçu Michael Thuique Dias Santosu heyətinə qatıb. Braziliyalı forvardla il yarımlıq (6 ay + 1 il) müqavilə imzalanıb.
31 yaşlı futbolçunun son klubu Litvanın “Hegelmann” olub.