Bölgə təmsilçisindən növbəti transfer
16.01.2025 , 10:57

“Şamaxı” qış fasiləsində növbəti transferini gerçəkləşdirib.
Korner.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Bölgə təmsilçisi yarımmüdafiəçi Alfons Msanga Mabulanı heyətinə qatıb.
Tanzaniyalı futbolçu ilə il yarımlıq (6 ay + 1 il) müqavilə imzalanıb
Qeyd edək ki, 21 yaşlı oyunçu Serbiyanın “Spartak” (Subotitsa) klubuna məxsus olub, son olaraq icarə əsasında həmin ölkənin “Novi Sad” klubunda çıxış edib.
