Bölgə klubundan yeni transfer
30.06.2023 , 14:28

“Zaqatala” heyətini yeni futbolçu ilə gücləndirib.
Korner.az xəbər verir ki, bölgə təmsilçisi “Mingəçevir”dən ayrılan Rüstəm Nuriyevi heyətinə qatıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Futbolçu ilə razılaşmanın detalları açıqlanmayıb.
Nuriyev daha əvvəl “Qəbələ”, “Turan Tovuz”, “Zirə” kimi klublarda forma geyinib.
