Bölgə klubu 2 transferə hazırlaşır
09.01.2024 , 10:36

Təlim-məşq toplanışını doğma şəhərində davam etdirən “Qəbələ” transfer çalışmalarını davam etdirir.
Korner.az-a daxil olan məlumata görə, “qırmızı-qaralar” qış transfer pəncərəsində azı 2 futbolçu ilə güclənməyi düşünür.
Əyalət klubunun baş məşqçisi Elmar Baxşıyev rəhbərlikdən azı hücum və yarımmüdafiə mövqeyinə futbolçuların alınmasının vacibliyini bildirib.
