Bölgə klubu 10 futbolçunu göndərdi
18.01.2024 , 14:10
Azərbaycanın futbol üzrə 2-ci liqasında mübarizə aparan “Lerik” 10 oyunçusu ilə yollarını ayırıb.
Korner.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
“Lerik” Rəvan Quluzadə, Əflatun Məmmədov, Qədir Həsənov, Nicat Səfərov, Balarza Qədirli, Rahid Ağazadə, Şəhriyar Zərbəliyev, Namiq Salayev, Xətai Ramazanlı və Məhəmməd Məmmədzadə ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verib.
“Lerik” sözügedən oyunçulara uğurlar arzulayıb.