Boks üzrə ənənəvi “Strandja” turnirində 1/4 final mərhələsi başa çatıb
Məsud Yusifzadə Bolqarıstanın paytaxtı Sofiyada keçirilən tədbirdə yarımfinala vəsiqə qazanıb.
52 kq çəki dərəcəsində mübarizə aparan həmyerlimiz 1/2 finala gedən yolda iranlı Reza Suleymanifardla üz-üzə gəlib. Döyüş Yusifzadənin 5:0 hesablı qələbəsi ilə yekunlaşıb. O, yarımfinala yüksəlməklə, özü üçün ən azı bürünc medalı da təmin edib.
Boksçumuz 1/2 finalda ukraynalı Dmitri Zamotayevlə döyüşəcək.
