Aprelin 20-21-də Xarkovda (Ukrayna) “Kliçko K2 Promotions” şirkətinin dəstəyi ilə boks turniri keçirilib.
Korner.az-ın məlumatına görə, azərbaycanlı Ağəli Alışov turnir çərçivəsində erməni Ruben Movsesyanla beynəlxalq reytinq döyüşünə çıxıb.
Həmyerlimiz 6 raundluq döyüşdə qalib gəlib.
Qeyd edək ki, indiyədək keçirdiyi 25 döyüşdən 20-də (15-i nakaut) qalib gələn Alışov 2011-ci ildə Ukrayna çempionu olub. Elə həmin il o, IBO versiyası üzrə internasional çempion və EBA versiyası üzrə Avropa çempionu adını qazanıb. Ağəli müstəqil Azərbaycanın son 20 ildəki peşəkar boks üzrə yeganə Avropa birincisidi.
