Boksçumuz məğlub oldu
29.07.2024 , 15:30

Azərbaycan boksçusu Məhəmməd Abdullayev (+92) bu gün Paris-2024 Yay Olimpiya Oyunlarında mübarizəyə başlayıb.
Korner.az xəbər verir ki, 2 dəfə dünya çempionatının bürünc mükafatçısı olan idmançımız 1/8 finalda Nelvi Tiafakla (Almaniya) qarşılaşıb.
Görüş rəqibin qələbəsi ilə başa çatıb. Beləliklə, Olimpiadanın açılış mərasimində Azərabycanın bayraqdarı olan M.Abdullayev turnirlə erkən vidalaşıb.
