Boksçumuz erməniyə qalib gəldi
28.06.2023 , 17:58

Azərbaycan boksçusu Murad Allahverdiyev Polşada keçirilən 3-cü Avropa Oyunlarında 1/4 final görüşünə çıxıb.
Korner.az xəbər verir ki, o, Ermənistan təmsilçisi Hambardzum Hakobyanla qarşılaşıb. M.Allahverdiyev hər 3 raundu xeyrinə bitirərək, 5:0 (30:26, 30:27, 29:28, 30:27, 30:27) hesabı ilə qalib gəlib.
Bununla da 21 yaşlı boksçumuz yarımfinala yüksəlib və ən azı, bürünc medalı təmin edib. O, yarımfinal döyüşünə iyunun 30-da çıxacaq. Azərbaycan boksçusunun final yolundakı rəqibi xorvatiyalı Qabriel Veoçiç olacaq.
