Boksçumuz erməni rəqibini məğlub etdi
14.04.2021 , 17:02

Azərbaycan boksçusu Əli Zamanov Polşanın Keltse şəhərində gənclər arasında dünya birinciliyində ilk görüşünü keçirib.
Korner.az xəbər verir ki, 52 kq çəki dərəcəsində mübarizə aparan idmançımız 1/16 finalda ermənistanlı Ruben Qarboyanı 3:0 hesabı ilə məğlub edərək 1/8 finala yüksəlib.
Qeyd edək ki, dünya çempionatına aprelin 24-də yekun vurulacaq. Azərbaycan yarışda 9 kişi boksçu ilə təmsil olunur.
