Boksçularımız Bakıya qayıtdı
23.04.2022 , 12:22
Bolqarıstanın paytaxtı Sofiyada başa çatan gənc boksçular arasında Avropa birinciliyində 1 qızıl və 1 bürünc medal qazanan Azərbaycan yığması Bakıya qayıdıb.
Korner.az xəbər verir ki, boksçularımızı Heydər Əliyev Beynəlxalq Hava Limanında Azərbaycan Boks Federasiyasının əməkdaşları, idman ictimaiyyətinin nümayəndələri, idmançıların yaxınları və bokssevərlər qarşılayıblar.
Onlar mükafatçılarımız üçün müxtəlif xoş şüarlar səsləndiriblər.