Boks üzrə gənclər arasında keçirilən İndoneziya çempionatında 17 yaşlı boksçu dünyasını dəyişib.
Korner.az-ın məlumatına görə, 17 yaşlı Tubaqus Sakti boksçu İkal Tobidoy ilə keçirdiyi görüşün 8-ci raundunda huşunu itirərək yerə yıxılıb. Gənc boksçu dərhal xəstəxanaya çatdırılıb. Hadisədən bir gün sonra gənc boksçu beyinə qan sızması səbəbindən dünyasını dəyişib.
