"Boka Xuniors"un hücumçusu Serxio Araxuo qarşıdakı iki mövsümü icarə əsasında "Barselona"da keçirəcək.
Korner.az– ın məlumatına görə, "Boka"nın prezidenti Daniel Anxeliçi bu gün Araxuonun icarəyə verildiyini və onun Kataloniya təmsilçisinin ikinci komandasında oynayacağını deyib.
Qeyd edək ki, Araxuo 2011/12 mövsümündə Argentina klubunun heyətində 9 oyun keçirib.
