Cənubi Amerika futbol Konfederasiyası (KONMEBOL) “Boka Xuniors”u
cəzalandırıb.
Korner.az-ın məlumatına görə, Argentina klubu Libertadores kubokundan
uzaqlaşdırılıb.
Buna səbəb “River Pleyt”lə 1/8 final mərhələsinin cavab oyununda yaşanan
insident olub.
Meydan sahibi olan “Boka Xuniors” azarkeşləri stadionda gözyaşardıcı qazdan
istifadə ediblər. Bu isə oyunun yarımçıq dayandırılması ilə nəticələnib. Beləliklə, “Boka Xuniors”
növbəti dörd beynəlxalq oyunu azarkeşsiz keçirəcək. Bundan əlavə, klub 200 min
dollar cərimələnib.
