Bojinov İtaliyaya qayıtdı
14.02.2020 , 19:00

İtaliyanın “Peskara” klubu heyətinə yeni futbolçu cəlb edib.
Korner.az xəbər verir ki, B Seriyası təmsilçisi Bolqarıstan yığmasının və “Yuventus”un sabiq hücumçusu Valeri Bojinovu heyətinə qatıb.
Azad agent statusu daşıyan futbolçunun son iş yeri Bolqarıstan “Botev”i olub.
