Azərbaycan kubokunun ilk finalçısı məlum olub.
Korner.az-ın məlumatına görə, yarımfinal mərhələsinin ilk oyununda səfərdə “Bakı”ya minimal hesabla məğlub olan “Xəzər Lənkəran” cavab qarşılaşmasında rəqibini 2-0 hesabı ilə məğlub edərək mayın 28-də keçiriləcək Azərbaycan kubokunun final oyununa vəsiqə qazanıb.
“Bakı” klubunun baş məşqçisi Bojidar Bandoviç oyundan sonra öz fikirlərini bildirib:
“Rəqib komandanı finala çıxması ilə təbrik edirəm. Çox gözəl oyun göstərdik. Təəssüf ki, yaratdığımız qol imkanlarından faydalana bilmədik”.
