“Keyfiyyətli oyun oldu, komandamız taktiki cəhətdən yaxşı oynadı".
Korner.az-ın məlumatına görə, bu sözləri Topaz Premyer Liqasının VI turundan təxirə salınmış "Xəzər Lənkəran" – "Bakı" qarşılaşmasından sonra qonaqların baş məşqçisi Bojidar Bandoviç deyib.
Bandoviç komandasının gözəl qol vurmasına baxmayaraq, qələbəni əldən vermələrinə təəssüfləndiyini bildirib: "Gözəl qol vursaq da, qələbəni sonadək saxlaya bilmədik. Rəqibi əks-hücumlarda tuta bilərdik. Hər iki komandanın yaxşı oynadığını düşünürəm”.
