“Yeni ildə ilk oyunumuz idi, qələbə qazanmaq istəyirdik. İlk hissədə oyuna nəzarət etsək də, rəqib əks-hücumlarda təhlükəli idi”.
Korner.az-ın məlumatına görə, bu sözləri “Bakı”nın baş məşqçisi Bojidar Bandoviç deyib.
Paytaxt klubunun çalışdırıcısı “Sumqayıt”a qarşı keçirilən Premyer Liqanın 19-cu turunun oyunu (1:1) şərh edərkən daha sonra bunları deyib:
“Hesabda geri düşdükdən sonra gözəl qol vurub hesabı bərabərləşdirdik. İkinci hissəyə də yaxşı başladıq. Lakin bəzi epizodlarda ötürmələrdə səhvlər edirdik, topu rəqibə bağışlayırdıq. Qırmızı vərəqə oyunumuza təsir etdi. Rəqib komanda əks-hücumda bir neçə dəfə fərqlənə bilərdi. Qarşıdakı oyunlarda qalib gəlməliyik”.