Azərbaycan Premyer Liqasının IX turu çərçivəsində səfərdə "Qarbağ"ın qonağı olacaq "Bakı" hazırlıqlarını klubun təlim-məşq bazasının yeni meydançasında keçirdiyi axşam məşqi ilə davam etdirir. Korner.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, milli komandalardan qayıdan futbolçuların düşərgəyə qatılması ilə tam heyətdə məşqə çıxan "Bakı" növbəti oyuna ciddi hazırlaşır. Komandada yüksək əhval-ruhiyyə diqqət çəkir. "Bakı"nın baş məşqçisi Bojidar Bandoviç və komandanın gənc üzvü Nurlan Novruzov klubun televiziyasına oyun barədə fikirlərini bölüşüb.
