Çox çətin oyun oldu.
Korner.az-ın məlumatına görə bu sözləri “Bakı” klubunun baş məşqçisi Bojidar bandoviç Topaz Premyer-Liqasının XV turu çərçivəsində keçirilən "Qəbələ"-"Bakı" oyunundan sonra bildirib.
“Çox çətin oyun oldu, futbolçuların oyunundan razıyam. İlk hissəyə pis başladıq, lakin hesabı bizim açmağımız yaxşı oldu. Bundan sonra komanda daha yaxşı oynadı. “Qəbələ” komandasını gözəl oyuna görə təbrik edirəm. Biz isə qələbəni bu gün ad gününü qeyd edən klubumuzun prezidenti Hafiz Məmmədova həsr edirik”.
