"Bizim üçün ağır oyun oldu. İlk 25 dəqiqədə daha üstün futbol nümayiş etdirdik".
Korner.az-ın məlumatına görə, bu sözləri "Bakı"nın baş məşqçisi Bojidar Bandoviç deyib.
Serbiyalı mütəxəssis "Neftçi" ilə oyunda qeydə alınan 1:1-lik heç-heçəni dəyərləndirərkən daha sonra bunları deyib:
"İlk hissənin ortalarında "Neftçi" üstünlüyü ələ keçirdi və bunun məntiqi nəticəsi kimi hesabı açdılar. İkinci yarıda rəqib qapısına 8 dəfə zərbə endirdik. Bu oyunda biz hətta qələbə qazana bilərdik".