"Bakı"nın baş məşqçisi Bojidar Bandoviç Topaz Premyer Liqasının XII turu çərçivəsində keçirilən "Xəzər-Lənkəran"-"Bakı" oyununu şərh edib.
Korner.az-ın məlumatına görə, baş məşqçi oyundan razı qalıb: "Çətin və vacib oyun idi. Layiqli qələbə qazandıq. Əvvəlki oyunlarda da belə oynayırdıq. Sadəcə qol vura bilmirdik. Rəqib də bacardığını etdi. Buna görə də təşəkkür edirəm".
