"Çətin rəqibə qarşı oynadıq".
Korner.az-ın məlumatına görə, bu sözlərin "Bakı" nın baş məşqçisi Bojidar Bandoviç Topaz Premyer Liqasının 14-cü turu çərçivəsində keçirilən "Neftçi"- "Bakı" oyunundan sonra bildirib.
"Çətin rəqibə qarşı oynadıq. Xüsusilə ikinci hissədə. Ancaq hakim oyuna təsir etdi. İlk dəfə deyil belə münasibətlər görürük. "Qarabağ"a 0:1 hesabı ilə məğlub olan da da belə idi. Mən istəyirəm ki, hakimlər tərəfkeşlik etməsinlər. Bizim penaltilərimiz verilmir. Ancaq qapımıza çox asan penaltilər təyin olunur".
