Azərbaycan kubokunun 1/8 final mərhələsinin oyunları çərçivəsində “Bakı” doğma meydanda “Sumqayıt”ı qəbul etdi. Rəqibini 3:1 hesabı ilə məğlub edən paytaxt təmsilçisi növbəti mərhələyə yüksəldi.
Korner.az-ın məlumatına görə, qarşılaşmadan sonra keçirilən mətbuat konfransında "zolağlılar"ın baş məşqçisi Bojidar Bandoviç qələbəni belə şərh edib:
“Ümumiyyətlə komandamdan razı qaldım. Kubok oyununa görə bəzi gənclərə də bu oyunda yer vermişdim. Əsas heyət oyunçularından bir neçəsinə istirahət verdim. 3:0 hesablı nəticədən sonra bir sıra yerdəyişmələr etdim. Ümumi götürəndə oyundan razıyam. Əvəzedicidən 3-4 oyunçuya şans verdim. Bundan sonra gənclər üçün də fürsət yaradacam".
