“Hər şeyin bitdiyini düşünürəm. Təqaüdə çıxmaq barədə qərar verməyə yaxınam”
Bu sözləri “Neftçi”nin sabiq qapıçısı Boban Baykoviç deyib.
2017-ci ilin yayında Azərbaycandan ayrılan 33 yaşlı qolkiper hələ də özünə komanda tapmayıb. “Srvena Zvezda”dakı çıxışları ilə tanınan Boban artıq futbolçu karyerasını bitirmək barədə düşünür: “Bu qərarıma yaxın bir neçə gündə münasib təklifin gəlməsi mane ola bilər. Belə olsa, diqqətlə ölçüb-biçməliyəm. Artıq məşqə çıxmağa da nifrət etdim. Bunun son olduğunu başa düşdüm. Başqaları belə olacağını deyəndə inanmırdım, indi özüm şahidlik etdim”.
Baykoviç məşqçilik fəaliyyəti ilə məşğul olmağı planlaşdırır: “Qapıçılarla çalışan məşqçi olmaq istəyirəm. B lisenziyalı məşqçi diplomum var. Təcrübə və biliklərə də yiyələnmişəm. Dayk Stoyanoviç və Viborko Koçeiçdən çox şey öyrənmişəm. Həm gənclər, həm peşəkarlarla işləyə bilərəm”.
