"Kamran Ağayevi qış fasiləsinədək heyətə qaytarmağa çalışacağıq”.
Korner.az-ın məlumatına görə, bu sözləri "Boavişta"nın baş məşqçisi Migel Leal komandalarının qapıçısı, millimizin üzvü Kamran Ağayevin durumu haqda danışarkən bildirib.
Klubun saytının yazdığına görə, keçirdiyi mətbuat konfranslnda o bildirib ki, Ağayev zədəsi səbəbindən ölkə çempionatının sabah "Pakoş de Ferreyra"ya qarşı keçiriləcək səfər matçında oynamayacaq.
