İspaniya La Liqasında mübarizə aparan “Las Palmas” futbolçusu Kevin-Prins Boatenqlə yeni müqavilə imzalayıb.
Korner.az-ın məlumatına görə, oyunçu ilə 3 illik saziş imzalanıb.
Klubdan verilən məlumata əsasən,yarımmüdafiəçi ilə sözləşmənin müddəti 2020-ci ilə qədər uzadılıb.
Boatenq bu mövsüm “Las Palmas” forması ilə 29 oyuna 10 qol vurub.
