Boatenq üçün əlamətdar oyun
15.12.2019 , 14:51

Almaniya Bundesliqasının 15-ci turunun “Verder”lə oyunu “Bavariya” klubunun müdafiəçisi Jerom Boatenq üçün əlamətdar olub.
Korner.az xəbər verir ki, futbolçu Münhen təmsilçisinin heyətində 300-cü oyununu keçirib.
Boatenq 2011-ci ildən “Bavariya”da forma geyinir.
