“Bavariya”nın müdafiəçisi Cerom Boatenq bundesliqanın rekordunu yeniləyib.
Korner.az-ın məlumatına görə, bu hadisə “Ayntraxt”la (4:0) qarşılaşmada baş verib.
Münxen klubu Boatenqin meydana çıxdığı ardıcıl 50-ci oyunda məğlub olmayıb.
Sonuncu dəfə Cerom meydanda olarkən Bavariya 2012-ci ilin oktyabrında məğlub olmuşdu.
Boatenq Frank Riberinin rekordunu təzələyib.
