big boobs kissing touching figure big tited hot office bregette porns bbcpie big black dick pours multiple creampies into tiny blonde indian aunties outdoors hydden caught sexy hot picture download desi sex video sexy among us domination milky cumsplosion with inflation blast
Dünya Futbolu

Boatenq “Barselona”nın nəyinə lazımdı?

29.01.2019 , 10:28

“Barselona”nın son illərdə transfer siyasəti çox güman ki, hər azarkeşdə maraq doğurur. Bir çox futbolsevərin fikrincə, komanda heç kimin gözləmədiyi gülməli və lazımsız transferlər edir. Hər zaman öz akademiyasının yetirmələri ilə seçilən katalonların son illərdəki addımlarını başa düşmək həqiqətən də çətindir. Komanda rəhbərliyi artıq müasir iş adamlarına bənzəməkdədir. Ancaq bütün bunlara rəğmən “Barselona”nın uğurlu transferini də qeyd etmək olar. Məsələn, anlaşılmayan və uğursuz olan Malkom, Poulinyo, Yerri Mina, Lyuka Din və Andre Qomeşdən sonra keyfiyyətlə ödənişin üst-üstə düşdüyü Frenki de Yonqun adını çəkmək olar. Gənc futbolçu “Ayaks”da göstərdiyi parlaq çıxışı ilə bir çox Avropa nəhənginin hədəfində idi. De Yonq uğrunda mübarizədə qalib ayrılan “Barsa” uzun zaman sonra azarkeşlərini normal transferlə sevindirdi. Amma Kevin Prins Boatenq transferi yenidən nəyinki “Barselona” azarkeşlərini, ümumiyyətlə hər kəsi təəccübləndirdi. Burada əsas sual yaranır – Boatenq “Barselona”nın nəyinə lazımdı?

Pep Qvardiolanın komandanın yetirmələrindən yaratdığı möhtəşəm “Barselona”dan və həmin fəlsəfədən artıq əsər-əlamət qalmadığını rahatlıqla demək olar. Bəzi mütəxəssislərin düşüncəsinə görə, artıq komanda tamamilə Leo Messidən aslıdı və oyunlar onun üzərindən qurulur. “Liverpul”da həlledici rol oynayan Koutinyonun ehtiyatda qalması, əfsanəvi tiki-takanın tarixə qovuşması “Barselona”nın dəyişdiyi mesajını verir. Düzdü, katalonoyalılar hələ də topa ən çox yiyələnən komandalardan biridir, amma keçmişdəki dominantlıq, hər mövqeyə nəzarət artıq yoxdur. Bu səbəbdən komandanın bəzi transfer addımlarına məntiqli baxmaq olur. Boatenqin “Barselona”ya hansı məqamlarda kömək edə biləcəyinə gəlincə, burada fikirlər birmənalı deyil.

“Sassuolo”da “saxta 9 nömrə” olan Boatenq işinin öhtəsindən gəlirdi: 90 dəqiqə ərzində topa az toxunur və demək olar ki, zərbə vurmur. Boatenq cinahlara çəkilə və rəqib müdafiəçiləri öz üzərinə çəkərək komanda yoldaşlarına tamamilə rahat hərəkət imkanı yarada bilir. Futbolçunun “Barsa”da əsas missiyası bu olacaqsa, ondan zərbə, qol, məhsuldar ötürmə gözləmək mənasızdır. Dembelenin zədələnməsi, Munirin komandasını dəyişməsi, mövsüm sonuna qədər sıradan çıxan Rafinyanın, Koutinyo və Malkomum “saxta 9 nömrə” kimi elə də effektli olmamasını nəzərə alsaq, Boatenq transferinə az da olsa məna yükləmək mümkündür. Həm də, maddi cəhətdən kluba sərfəli olan transfer icarə əsasındadır və belə deyək, mövsümü “yola vermək” üçün yaxşı addımdır. Təbii ki, hadisənin sonraki gedişatı Boatenqin özündən asılıdı.

Son yazılar

To Top