“Bney Yehuda” – “Neftçi” matçına hakim təyinatları
11.08.2019 , 16:04

İsraildə “Bney Yehuda” və “Neftçi” arasında keçiriləcək UEFA Avropa Liqasının III təsnifat mərhələsinin cavab görüşü ûçün hakim təyinatı açıqlanıb.
Korner.az xəbər verir ki, qarşılaşma italiyalı hakimlər briqadasına həvalə olunub. Baş hakim Daniele Doveri olacaq. Ona Alessandro Kostantso və Alesio Tolfo kömək edəcək. Dördüncü hakim funksiyasını isə Fabritsio Paskua yerinə yetirəcək.
“Bney Yehuda” – “Neftçi”oyunu avqustun 15-i, Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.
